Türbə Lənkəran rayonunun Sütəmurdov kəndinin yuxarı “məscidəməhəllə” deyilən ərazisində, Velədi kəndinə gedən yolda yerləşir.
Seydəkinə talış dilindən tərcümədə “Seyyid qızı” deməkdir. Türbə seyyid nəslindən olan qadının adı ilə bağlıdır. Burada Seyyidqızının qəbri ziyarət olunur. Başdaşı köhnəldiyindən burada dəfn olunan şəxsin kimliyi və yaşadığı dövr haqqında dəqiq məlumat yoxdur. Ehtimal edilir ki, seyyid nəslindən olan bu şəxs böyük nüfuz sahibi olduğu üçün, əhali ona hörmət əlaməti olaraq qəbrini ziyarətgaha çevrilib. 1990-cı illərdən sonra ziyarətgah üzərində məqbərə tikilib.
Lənkəran bölgəsində bu adla bir neçə ocaq mövcuddur.
Mənbələr:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası.Bakı-2020.