Son zamanlar sosial şəbəkələrdə və xəbər portallarında Məscidul-Hərəmin keçmiş imam camaatı barədə tənqidedici faktlar yayılıb. Adel Əl-Kəlbaninin musiqi və eyş-işrət məclislərinin təbliği ilə məşğul olması insanların qınağına səbəb olub.

Barkhat.news-un verdiyi məlumata görə, Əl-Kəlbani Səudiyyənin Ər-Riyad şəhərində keçirilən “Riyadh Season” musiqi və əyləncə festivalının reklam çarxında çəkilib. Dindarlar Məkkənin keçmiş imamının əvvəlki vəzifəsini nəzərə alaraq bu cür tədbirlərin təbliğatından çəkinməli olduğunu vurğulayıblar.

Bundan öncə, 2018-ci ildə Əl-Kəlbani “Balut” adlı kart oyununun çempionatında iştirakı ilə məşhur olub. Balutun pokerlə oxşarlığı olsa da onu pul müqabilində oynamırlar. Oyunun halal olmasını vurğulamaq üçün çempionata ölkənin böyük şeyxlərindən biri olan Əl-Kəlbani dəvət edilib.

Bir çox alimin, o cümlədən Ayətullah Sistaninin fətvasına əsasən, hətta pul müqabilində olmasa belə kart oyunu vacib ehtiyyata əsasən haramdır.

Adel bin Salem bin Səid Əl-Kəlbani Səudiyyənin Ər-Riyad şəhərindəki Kral Xalid məscidinin  imamı olub. 2008-ci ildə o, ramazan ayında Məscidul-Hərəmin “təravih” (ramazan ayında əhli-sünnə tərəfindən qılınan namaz) namazlarının imamlığına təyin edilib.