Məscid Astara rayonunun Seləkəran kəndində yerləşir. İbadət evi 1904-cü ildə yerli əhali tərəfindən inşa olunub.
İbadətgahın tutumu 50 nəfərdir. Məscid düzbucaqlı formaya malikdir və divarları kərpicdən hörülüb. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin iç divarları ağ rənglə boyanıb. İbadətgahın üç qapısı və iki pəncərəsi var. Qapılar taxtadandır və tağvari formaya malikdirlər. İbadət evinin pəncərələri şəbəkəlidir. İbadətgahın minbər və mehrabı var. Minbər dördpilləlidir və taxtadan düzəldilib.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.