Məscid Xaçmaz rayonunun Mirzəməhəmmədqışlaq kəndində yerləşir. İbadət evi 1989-cu ildə yerli sakinlərin şəxsi vəsaiti hesabına inşa edilib.
İbadətgah kərpicdən tikilib və dördbucaqlı formaya malikdir. Məscidin damı dəmir təbəqə ilə örtülüb, tavanı isə taxtadandır. Tavan bir taxta sütun üzərində dayanır. İbadət zalında bir qapı və iki pəncərə mövcuddur.
Əvvəllər burada başqa məscid olub. Həmin ibadətgahın inşa tarixi XIX əsrə aid edilir. Köhnə məscidin yararsız vəziyyətdə olması səbəbindən kənddə yeni ibadət evi inşa edilib.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.