Hindistanda siqh dini icması öz məbədlərində müsəlmanlara cümə namazı qılmağa icazə verərək, onlara kömək etmək qərarına gəliblər. Bu barədə islamnews xəbər verib.

“Müsəlmanların ibadət etməkdə problemi var, ona görə də onlara beş məbədimizdə cümə namazı üçün toplaşmalarına icazə veririk. Bütün dinlərin insanlığa inamı var”, – deyə məbədlərdən birinin rəhbəri bildirib.

Siqhlərin məbədlərində eyni anda 2000-2500 nəfər ibadət edə bilər.

Son zamanlar Hindistanda müsəlmanlar tez-tez hücuma məruz qalır. Dindarlar məscidlərin sayının az olduğundan açıq məkanlarda namaz qılırlar və bununla özlərini təhlükəyə atırlar.

Bundan əvvəl, siqhlər Pəncab şəhərində müsəlmanlar üçün məscidin inşasına başlayıblar. Yerli sakinlər kənd müsəlmanlarının da ibadət evinin olmasını istədiklərini bildiriblər. Bu səbəbdən onlar məscid inşa etmək qərarına gəliblər.