Ocaq Lənkəran rayonunun Sütəmurdov kəndinin Seyidlər məhəlləsində, yol kənarında yerləşir.
Yerli sakinlər tərəfindən müqəddəs hesab olunan ərazi dəmir hasara alınıb və üstündə dəmir konstruksiyalı tikili inşa edilib. İnsanlar niyyət edərək burada şam və məşəl yandırır, ip, parça qırıqlarını ziyarətgahın dəmir barmaqlıqlarına bağlayırlar.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.