Ziyarətgah Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, Seyidlər məhəlləsində yerləşir. Ocağın 200-dən çox yaşı var.
Ocaq sahiblərinin verdikləri məlumata görə, bir naməlum adam, Xəzər dənizinin Sütəmurdov sahilində dəmirdən dairəvi bir metal tapıb. O, metalı Sütəmurdov kəndində yaşayan və seyid nəslindən olan Mirmustafa Mirəli oğlunun ulu babasına verib. Qara metalın ələm olması aşkar olunub. O hadisədən sonra həmin şəxsin evi ocağa çevrilib.
Ocağa yerli və ətraf yaşayış məntəqələrinin sakinləri ilə yanaşı ayrı-ayrı bölgələrdən də ziyarətə gələnlər olur. Məhərrəm aylarında burada ehsanlar verilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.