Ocaq Lənkəran rayonunun Qodəsə kənd qəbiristanlıqda  yerləşir. Pirin yaranma tarixi haqda mənbələrdə məlumat yoxdur. Yerli sakinlər ocağı Pirəşəms də adlandırır.

Ocaq Piə Şəms adlı seyyidin adı ilə bağlıdır. Deyilənə görə, Piə Şəms qonşu Türkəncil kəndində adına ocaq olan Baba Nəcəfin yaxınlarındandır. Baba Nəcəfin şeyx olduğunu nəzərə alsaq, Piə Şəmsin da şeyx olduğunu qeyd olunur. O, İslam dininin təbliği ilə məşğul olub, vəfat edəndən sonra isə qəbri ziyarətgaha çevrilmişdir.

1990-cı ildə Qodəsə kənd sakini Məhəbbət Həşim oğlu Həşimovun şəxsi vəsaiti hesabına Piə Şəmsin qəbri üzərindəki köhnə tikili sökülərək, yerində məqbərə inşa edilmişdir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.