Ocaq Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin qərb tərəfində, dağın ətəyində yerləşir. Yerli sakinlər piri talış dilində “Bobo kəm” adlandırır. Həmçinin ocaq “Baba Keym” və “Baba Kərim” adı ilə də tanınır. Ziyarətgahın adı Baba Kəym adlı seyyidlə bağlıdır.
Rzaqulu Rzayev “Yuxarı Nüvədi kəndinin tarixi” adlı kitabında pir haqqında yazıb: “Baba Kəym Ərəbistandan Azərbaycana köçüb gəlmiş və Yuxarı Nüvədi kəndində məskunlaşmış seyyidlərdəndir. O, burada bir neçə il yaşadıqdan sonra vəfat etmiş və dəfn olunduğu yer ziyarətgaha çevrilmişdir.”
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidəlcər ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.