“Greenpeace” ekologiya təşkilatı dünyanın böyük məscidlərində günəş panelləri quraşdırmağı təklif edib. Bu barədə thenationalnews xəbər verib.

Təşkilat hesab edir ki, Yaxın Şərq, Afrika, Asiya və Avropada 10 böyük məsciddə bu cür panellərin quraşdırılması ekologiyaya verilən ziyanı aşağı salacaq. Belə ki, yeni texnologiya havaya minlərlə ton karbon qazının buraxılmasına qənaət edəcək.

Layihənin ilk növbədə Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbi məscdilərində gerçəkləşəcəyi planlaşdırılır. Qeyd olunub ki, karbon qazının qənaətinin ümumi həcmi təqribən 12 min ton təşkil edəcək və bunun 3200 tonu Peyğəmbər (s) məscidinin hesabına düşəcək.

Bu ilin sentyabr ayının 4-ü Dubayda dünyanın ilk ekoloji təmiz məscidi inşa edilib. Məscidin damında günəş enerjisini elektrik enerjiyə çevirən panellər düzülüb. Bundan əlavə, istifadə olunmuş suyun emalı üçün ərazidə xüsusi qurğular quraşdırılıb. Bu qurğuların sayəsində elektrik enerjisinə təqribət 25%, suya isə 55% qənayət edilir.