Fransada 20 noyabrdan 27 martadək hökümət və Luvr müzeyi İslam incisənətinə həsr olunmuş 18 sərgi təşkil edəcək. Fransanın müxtəlif şəhərlərində müsəlman ölkələrinin əntiq incəsənət əşyaları pulsuz nümayiş etdiriləcək. Bu barədə euronews xəbər verib.

“İslam sözünün hər gün xəbərlərdə yer aldığını nəzərə alaraq, biz ziyarətçilərə bu sivilizasiyanın əsl reallığını göstərmək istəyirik, bəlkə onların İslama qarşı fikri deyişəcək”, – sərginin kuratoru və Luvrdakı İslam İncəsənət Departamentinin direktoru Yanik Lintz bildirib.

2012-ci ildə də Fransanın Luvr muzeyində İslam incisənəti sərgisi keçirilib. Layihənin dəyəri 100 milyon dollar təşkil edib.