Məscid Zərdab rayonunun Çallı kəndinin ərazisində yerləşir. İbadət evi 1995-ci ildə inşa olunub. İbadətgah yerli əhali tərəfindən tikilməyə başlayıb, lakin sonradan yerli sakin Hacı Zülfi Əbdülkərim oğlu şəxsi vəsaiti hesabına məscidin inşasını sona çatdırıb.

Məscid kərpicdən tikilib və düzbucaqlı formadadır. İbadət evinin damı şiferlə örtülüb. İbadətgahın ön tərəfində açıqşəkilli eyvan yerləşir. Eyvanın tavanı dörd dəmir sütun üzərində dayanır. İbadət zalı mişar daşından hörülüb və iki hissəyə bölünür: kişilər və qadınlar şöbəsi. Məscidin pəncərə və qapıları tağvari formadadır. İbadətgahın günbəzi dəmir təbəqə ilə örtülüb və üstündə ağ dəmirdən aypara rəmzi quraşdırılıb.

Əvvəllər indiki məscidin yerində köhnə məscid var idi, lakin sovet dövründə həmin ibadət evi dağıdılmışdır.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.