Peyğəmbər (s) məscidində əlillərin daha rahat namaz qılması üçün şərait yaradılacaq. Bu barədə noyabrın 18-i İQNA xəbər verib.
Məscidin rəhbərliyinin sözlərinə görə, hazırda əlillərin məscidə girişini asanlaşdırmaq üçün plan tərtib edilir. Qeyd olunub ki, onların məsciddə ibadəti üçün xüsusi yerlər yaradılacaq.
Bu ilin iyul ayında İmam Rzanın (ə.s) hərəmində fiziki qüsurlu insanların ziyarətgahın daxilində hərəkəti üçün xüsusi marşrutlar ayrılıb. Əlilləri müşayiət etmək üçün xidmətçilər ayrılıb.