Məscid Zərdab rayonunun İshaqbağı kəndinin ərazisində yerləşir. İbadət evi 1993-cü ildə inşa olunub.

İbadətgah düzbucaqlı formadadır, mişar daşı və kərpicdən tikilib. Məscidin damı ağ dəmir təbəqə ilə örtülüb, tavanı isə fanerdəndir. İbadət evinin əsas giriş qapısı dəmirdəndir və tağvari formadadır. Məscidin girişində dəhliz var, onun sağ və sol tərəfində yardımçı otaq yerləşir. İbadət zalının altı pəncərəsi var. İbadətgahın tək minarəsi mövcuddur. Minarə dəmir borudandır və onun hündürlüyü 14 metr təşkil edir. Günbəzin dam örtüyü ağ dəmir təbəqə ilə, iç tərəfi isə fanerlə işlənib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.