Türkiyənin Sivas şəhərində kitabxanaya təqribən 600 illik Quran nüsxəsi hədiyyə edilib. Bu barədə noyabrın 17-si ahaber xəbər verib.
Quran bir vət əndaş tərəfindən Sivasın Ziya bəy Əlyazmalar Kitabxanasına hədiyyə edilib. Bildirilib ki, Quran nüsxəsi 1473-cü ilə aiddir və Məliki Əl Eşbəri adlı şəxs tərəfindən yazılıb.
Kitab “nəsx” yazısı əvəzinə “mühəqqaq” xəttatlıq üslubu ilə yazılıb. Hal-hazırda kitabın orijinalı yalnız tədqiqatçılara göstərilir. Kitabxananın müdiri Dahiye Karagüllenin sözlərinə görə, bu Quran kitabxanada olan ən qədim əsərdir.
Dünyada Quranın ən qədim əlyazma təfsirinin bir nüsxəsi Misirin İskəndəriyyə kitabxanasında saxlanılır. Quranın bu təfsiri “əl-Busti” adlandırılır. Əsərin müəllifi Əbu İshaq ibn İbrahim əl-Bustidir. Təfsirin yazılma tarixi hicri təqvimi ilə 368-ci ilə (miladi ilə 978-ci ilə) aid edilir.