Noyabrın 19-u ay tutulması gözlənilir. Bu barədə Şamaxı Astrofizika Rəsədxanası xəbər verib.

Tutulma 2 saat 28 dəqiqə sürəcək. Təbiət hadisəsi Bakı vaxtilə saat 11:18:41-də başlayacaq və 14:47:04-ə qədər davam edəcək. Tutulmanın pik həddi saat 13:02:55-də olacaq.

Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyadan görünəcək. Tutulma zamanı ay üfüqdən aşağıda olduğuna görə Azərbaycanda görünməyəcək.

Ay tutulması baş verəndə Ayət namazı qılmaq vacibdir. Lakin Ayət namazının qılınması yalnız hadisənin müşahidə edildiyi məntəqə əhli üçün vacib olur.

Namazın qılınma qaydası ilə saytımızda tanış ola bilərsiniz.

Namazın qaydası.