Ocaq Lənkəran rayonunun Biləsər kəndinin mərkəzində, Biləsər kənd məktəbinin yaxınlığında yerləşir. Pirin yaranma tarixi məlum deyil.

Ocaq Məhəmməd adlı şəxsin adı ilə bağlıdır. Deyilənə görə, o, İslam dinini təbliğ etmək məqsədilə buraya gəlmişdir. Seyyid Məhəmməd seyyid Bilalın qardaşı olmuşdur. Ehtimal edilir ki, Məhəmməd, ocaq hesab olunan ərazidə dəfn olunmuşdur, lakin sonradan onun qəbri itmişdir.

Ocaq üzərində köhnə tikili saxlanmaqla 2007-ci ildə kənd sakini Malik Ağaboyli oğlu Babayevin təşəbbüsü ilə yerli sakinlər tərəfindən yeni ocaqda məqbərə inşa edilmişdir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.