Ocaq Lənkəran rayonunun Şiləvar kəndində, məscidin yaxınlığında yerləşir. Pirin adı Mir Fail adlı seyyidin ilə bağlıdır.
Mir Fail Qılman oğlu Abbasov 25 dekabr 1958-ci ildə Şiləvar kəndində anadan olub. O, əslən Mir Fail ağa Lənkəran rayonunun Boladi kəndindəndir. Mir Fail ağa 22 iyun 1995-ci ildə 37 yaşında vəfat edərək, Lənkəran şəhərindəki Sardəxıl qəbiristanlığında dəfn edilib. Onu tanıyanlar işləri müşkülə düşəndə, Mir Fail ağanın cəddini köməyə çağırıb və ona nəzir ayırıblar. Onun yaşadığı evin həyəti isə ziyarətgaha çevrilib.
Sonralar Lənkəran şəhər sakini İlham Mirdadaş oğlu şəxsi vəsaiti ilə Mir Fail ağanın qəbri üzərində məqbərə inşa etdirib.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.