Dünən, noyabrın 17-si Ayətullah Müctəhid Şəbəstəri rəhmətə gedib. Bu barədə hawzahnews xəbər verib. Mərhum alim 84 yaşında insult səbəbindən xəstəxanada dünyasını dəyişib.

Ayətullah Şəbəstəri İranın Ruhanilər Cəmiyyətinin Mərkəzi Şurasının və Xobrəqan Məclisinin üzvü idi. O, həmçinin 1970-1996-cı illərdə Təbrizin İmam Cüməsi vəzifəsində çalışıb.