McDonald’s-ın Rusiyanın Sankt-Peterburq şəhərindəki filialı məscidin qarşısında, avtobus dayanacağında İslamda haram olan bekonlu burgerin reklamını yerləşdirib. Bu barədə ridus xəbər verib.

Məsələ sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra, restoranın həmin reklamı yığışdırmaq qərarına gəldiyi bildirilib.

Biz dünyəvi dövlətdə yaşayırıq və reklam materialları onun qanunları ilə tənzimlənir. Amma təəssüf ki, reklam yerləşdirəndə müsəlmanların dini hisslərini nəzərə almadılar”, – Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi Dilarə Axmetova deyib.

Avqust ayında Moskvada provoslav qadın McDonald’s-ı məhkəməyə verib. Onun sözlərinə görə, o oruc tutarkən McDonald’s-ın reklamını görüb, dözə bilməyib və orucunu pozub.