Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu Ermənistanla sərhəddə gedən döyüşlərdə şəhid olub. Bu barədə noyabrın 17-si Müdafiə Nazirliyi xəbər verib.
Şəhid olanların adları:
– leytenant Niftəliyev Ümüd Oruc oğlu;
– gizir Cabbarov Orxan Hətəm oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
– əsgər Ağayev Elçin Mərifət oğlu;
– əsgər Əlizadə Elmin Samir oğlu;
– əsgər Əliyev Elçin Ramil oğlu;
– əsgər Xəlilov Murad Qalib oğlu.
Verilən məlumata görə, daha 10 hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-dan etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Hazırda əməliyyat şəraiti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır.