Hindistanda Kərbəla haqqında çəkilən sənədli film milli mükafat qazanıb. Bu barədə noyabrın 16-sı shiawaves xəbər verib. Film 2019-cu ildə çəkilib və 2021-ci ildə bu mükafata layiq görülüb.
Məlumata görə, rejissor Sourav Saranginin “Kərbəla xatirələri” adlı filmi Ərbəin yürüşlərinə həsr edilib. Filmin çəkişi üçün Sarangi İraqa səfər edərək bir həftə boyunca Ərbəində iştirak edib.
Rejissor Nəcəfdən İmam Hüseynin (ə.s) hərəminədək yürüşü lentə alıb. Film 40 dəqiqə boyunca davam edir və özündə Kərbəlada keçirilən əzadarlığı əks etdirir.
Bu ilin sentyabrın 18-də Bakıda Ərbəin ziyarətinə aid sənədli filmin təqdimatı keçirilib. “Başqa həyat” adlı sənədli filmi Azərbaycanlı rejissor Elçin Ağazadə çəkib. O, Ərbəin ziyarətinin necə keçirildiyini canlı olaraq nümayiş etdirib.