Ocaq Lənkəran rayonunun Havzova kəndinin Cındıroba məhəlləsindəki qəbiristanlıqda yerləşir. Bura, həmçinin “Səyd Mirhüseyni ocəğ” kimi də tanınır.

Ocaq Mir Hüseyn adlı seyidin adı ilə bağlıdır. Öz dövrünün tanınmış və hörmət edilən seyidlərindən biri Mir Hüseyn Zəbiyev 1884-cü ildə Lerik rayonunun Vıstən kəndində anadan olub. O, 1961-ci ildə Lənkəran rayonunun Havzava kəndinə köçüb və kəndin Osyobə (dəyirman obası) məhəlləsində məskunlaşıb.

Mir Hüseyn 1979-cu ildə vəfat edib və buradakı qəbiristanlıqda dəfn edilib. O, vəfat edəndən sonra onun məzarı ziyarət yerinə çevrilib. Sonralar Mir Hüseynin qəbri üzərində 2010-cu ilin yanvar ayında Ağanın nəvəsi Samirə Ələddin qızı Quliyevanın şəxsi vəsaiti hesabına bənna ġəmşir Ağakişi oğlu Hüseynov və köməkçisi Rəfail Höybət oğlu Cabbarov tərəfindən məqbərə tikilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.