Ocaq Lənkəran rayonunun Türkəncil kəndinin mərkəzində, məscidlə yanaşı yerləşir. Pirin yaranma tarixi dəqiq məlum deyil. Bu ziyarətgah Baba Nəcəf adlı seyidin adı ilə bağlıdır.
Yerli sakinlərin dediyinə görə, əslən İrandan olan Baba Nəcəf İslam dini təbliğ etmək məqsədilə bu əraziyə gəlmişdir. Onun qəbri hörmət nəticəsi olaraq ziyarətgaha çevrilmişdir.
2001-ci ildə kənd sakini Hacı Cavanşir Xanoğlan oğlu Rzayevin şəxsi vəsaiti hesabına Baba Nəcəfin qəbri üzərində məqbərə inşa edilmişdir.
Məhərrəm aylarında bu ocaqda ehsanlar verilir. Həmçinin buraya qonşu kəndlərdən də ziyarətçilər gəlir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
- https://vetenim.info/?p=84359