Məscid Naxçıvan Muxtar Respublikasında, Culfa rayonunun Kırna kəndində yerləşir. İbadət evinin inşası XIV əsrə aid edilir.
İbadətgah düzbucaqlı formaya malikdir. Məscidin döşəməsi gəclə, tavanı taxta ilə, damı isə şifer ilə işlənib. İbadət evinin giriş qapısının üstündə ərəb əlifbası ilə “Allah, Məhəmməd və Əli” adları həkk olunub. Məscidin 3 metr hündürlüyündə olan qoşa minarəsi var. Minarələr ibadətgahın damında yerləşir. İbadət evinin altıpilləli mehrabı mövcuddur.
Culfa rayonu Şeyx Hüseyn məscidi yerli əhəmiyyəli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.mct.gov.az