“Sledgehammer Games” studiası “Call of Duty” oyununda çəkdiyi qanlı Quran səhifələri olan hissəni çıxarıb. Bu barədə middleeastmonitor xəbər verib.
Noyabrın 5-i “Call of Duty: Vanguard” oyununun buraxılışı baş tutub. Oyunun “Zombi” adlanan rejimində müqəddəs Quran kitabının qana bulaşmış səhifələri yer alıb. Hadisə müsəlmanların qınaq və qəzəbinə səbəb olub.
Lahiyənin tərtibatçıları səhvlərini düzəldərək həmin fraqmentləri oyundan çıxarıblar. “Sledgehammer Games” studiası isə islamofob hərəkətinə görə müsəlmanlardan üzr istəyib.
“Call of Duty” müharibə janrında olan kompüter oyunları seriyasıdır. İlk oyun 2003-cü ildə istifadəçilərə təqdim olunub.