Məscid Astara rayonun Sım kəndində yerləşir. İbadətgah 1905-ci ildə yerli əhali tərəfindən tikilib.

İbadət evinin tutumu 30 nəfərdir. Məscid qırmızı kərpicdən hörülüb. Məscidin tavanı ağacdandır və beş sütun üzərində yerləşir. İbadətgahın qapı, pəncərələri, dayaq sütunları ağacdandır, dam örtüyü isə kirəmitdəndir.  İbadət evinin ağacdan olan iki qapı və beş pəncərələri var. Qapı və pəncərələr şəbəkəlidir. Giriş qapıların önündə artırma var. Məscid ortadan iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Qadınlar olan hissədə şəbistan mövcuddur. İbadət evinin minbər və mehrabı var. Məscidin beşpilləli pilləkəni daşdandır.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.