Məscid Astara rayonunun Kijəbə qəsəbəsində yerləşir. İbadətgah 2004-cü ildə tikilib. İbadət evi xeyriyyəçi İsayev Fizuli Həbib oğlu tərəfindən inşa edilib.

Məscidin tutumu isə 200 nəfər təşkil edir. İbadətgah qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı beş sütun üzərində dayanır. Məscidin damı dəmir təbəqə ilə örtülüb tavanı isə taxtadandır.  İbadətgahın ön tərəfində tağvari formada bir qapı və iki pəncərə, yan tərəflərində isə bir cüt pəncərə yerləşir. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin minbər və mehrabı var. Minbər yeddipilləlidir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Astara rayonu Kijəbə qəsəbə məscidi Astara rayonu Kijəbə qəsəbə məscidi Astara rayonu Kijəbə qəsəbə məscidi Astara rayonu Kijəbə qəsəbə məscidi Astara rayonu Kijəbə qəsəbə məscidi Astara rayonu Kijəbə qəsəbə məscidi