Məscid Ağdaş rayonunun Ləki kəndinin ərazisində yerləşir. İbadət evi 1905-ci ildə inşa edilib.

İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin damı ağ dəmir təbəqə ilə örtülüb.

1996-cı ildə ibadət evi yerli sakin Məhəmməd Mirzə oğlu təşəbbüsü ilə yerli əhalinin vəsaiti hesabına təmir olunub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.