Məscid Ucar rayonunun Qəzyan kəndinin ərazisində yerləşir. İbadət evi 1991-ci ildə yerli əhali tərəfindən inşa edilib.
İbadətgah düzbucaqlı formadadır və çay daşından tikilib. Məscidin damı şifer ilə örtülüb. İbadət evinin ön tərəfində açıqşəkilli eyvan yerləşir. İbadətgahın günbəzi atlıguşəlidir və dəmir təbəqədəndir. Günbəzin üstündə aypara rəmzi quraşdırılıb.
Əvvəllər indiki məscidin yerində köhnə məscid var idi. Həmin məscid XIX əsrdə tikilmişdir. Sonradan köhnə məscid sökülmüş və yerində yeni məscid tikilmişdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.