Noyabrın 25-28-i Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 8-ci Halal Sərgisi keçiriləcək. Bu barədə helalexpo xəbər verib.

Tədbir İstanbul Konqres Mərkəzində təşkil olunacaq. Sərgidə 25-ə yaxın ölkənin iştirakı gözlənilir. Bu il Halal Sərgi 7-ci Halal Dünya Sammiti ilə eyni vaxtda baş tutacaq.

8-ci Halal Sərgidə İslam maliyyəsi, İslam geyimləri və modası, halal turizm, kosmetika, qida və içkilər təqdim ediləcək. Tədbirdə B2B (şirkətlər arasında) ticarət proqramının təşkili də planlaşdırılır.

Bundan öncə, 2019-cu ildə 28 noyabr-1 dekabr tarixlərində 7-ci Halal Sərgi keçirilib. Sərgiyə 35 ölkədən iştirakçı, 94 ölkədən isə ziyarətçilər qatılıb. Ziyarətçilərin ümumi sayı təqribən 35 min nəfər təşkil edib.