Bakının Sədərək məscidində etiraz edən şəxs həbs edilib. Bu barədə noyabrın 15-i oxu.az xəbər verib.
Məscidin daimi ziyarətçisi Hacı Aydın Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) madəsi ilə həbs edilib. O, 15 sutka müddətində azadlıqdan məhrum edilib.
Noyabrın 12-si A.Nağıyev Sədərək məscidindən döyülərək çıxarılıb. Zərər çəkənin sözlərinə görə, buna səbəb onun Sədərək bazarının sahibi Yusif Qədirbəylinin əməllərinə etiraz etməsidir.
Bundan öncə isə, noyabrın 6-sı məscidin axundu Hacı Əkrəmin yerinə sünni ilahiyyatçı təyin edilib. Hadisə sosial şəbəkələrdə rezonans yaradıb.