Bugün, noyabrın 15-i Eduardo Aniellinin vəfatının ildönümüdür. Eduardo Anielli milyardlarla dollarlıq sərvətdən imtina edərək İslamı qəbul edib.
Eduardo 9 iyun 1954-cü ildə İtaliyanın məşhur Anielli ailəsində dünyaya gəlib. Onun atası Covanni Anielli milyarder və FİAT avtomobil şirkətinin icraçı direktorudur. O, əvvəllər Yuventus futbol klubunun rəhbəri olub. Hazırda klubun rəhbəri onun oğlu Andrea Aniellidir.
1974-cü ildə Eduardo Nyu-York universitetdə oxuyarkən kitab rəflərində Quran kitabına rast gəlib. O, Qurandan təsirlənərək İslam dinini qəbul edib. Bundan sonra Eduardo adını dəyişib Hişam Əziz qoyub. Dini araşdırmalar aparaq gənc milyarder Həzrət Əlinin (ə.s) şəxsiyyəti ilə dərindən maraqlanmağa başlayıb. Bir müddət sonra isə o, İmamın ardıcıllarından olmaq qərarına gəlib. Sonralar Eduardo özünə Mehdi adını götürüb.
İslamı qəbul etdikdən sonra Anielli ailəsi və ətrafı tərəfindən təzyiqlərlə qarşılaşıb. O, dəlilikdə və narkotikdən istifadədə ittiham edilərək psixi xəstəliklər dispanserinə salınıb. Buna baxmayaraq o, atasının varisliyindən imtina edib, amma dinindən geri dönməyib. Sonralar Eduardo İmam Rzanın (ə.s) ziyarətgahına yollanıb. Eduardo hətta İran İnqilabının rəhbəri Ruhullah Xomeyni ilə də görüşüb və onlar dünyada İslam naminə görüləcək işlər haqqında danışıblar. Deyilənə görə, Eduardo Musavi Xomeyninin qucaqlayıb öpdüyü ilk və son xarici vətəndaş olub.
15 noyabr 2000-ci il tarixində İtalyanın Franko Romano körpüsü altında Eduardo Aniellinin cəsədi tapılıb. Onun ölüm səbəbi tam olaraq məlum deyil. Bəziləri bunu intihar, bəziləri isə sui-qəsd hesab edir. Anielli İtaliyanın Velar Roza kəndində ailə qəbristanlığında xristian adətləri üzrə dəfn edilib.