Məscid Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində yerləşir. İbadətgah 1990-cı ildə inşa edilib. İbadət evi keçmiş kolxoz sədri Əlisa Əzizov tərəfindən tikilib.

Məscid kərpicdən inşa edilib. İbadətgahın döşəməsi beton, tavanı isə taxtadandır. Məscidin əsas ibadət zalının bir giriş qapısı və 10 tağvari pəncərəsi var. İbadət evinin qoşa minarənin hündürlüyü 14 metr təşkil edir. Minarələrin üstündə dəmir təbəqədən aypara və səkkizguşəli ulduz rəmzi qoyulub. İbadətgahın günbəzi altıguşəlidir. Minarələrin və günbəzin üstü ağ dəmir təbəqə ilə işlənib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.