Məscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Vayxır kəndində yerləşir. İbadət evinin inşa tarixi dəqiq məlum deyil.

İbadətgah mişar daşından tikilib. Məscid iki mərtəbədən ibarətdir. İkinci mərtəbədə eyvan mövcuddur. İbadət evinin bir günbəzi var, minarəsi isə yoxdur. Günbəzin diametri 5 metr təşkil edir və üstü dəmir təbəqə ilə örtülüb. Günbəzdə dörd gözlük yerləşir. İbadətgahın damı, həmçinin dəmir təbəqə ilə işlənib.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1989-cu ildə ibadətgahda yenidənqurma işləri aparılıb. 1991-1994-cü illərdə burada yenidən təmir-bərpa işləri görülüb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.