Məscid Yardımlı rayonunun Şəfəqli kəndində yerləşir. İbadətgah 1994-cü ildə yerli sakinlər tərəfindən inşa olunub.

Məscid mişar daşından tikilib. İbadət evinin damı ağ dəmir təbəqə ilə örtülüb. İbadətgahın günbəzi güldəstə formasındadır, onun üzərində dəmir təbəqədən hazırlanmış aypara var. Məscidin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadət evinin tavanı dörd sütun üzərində dayanır.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.