Noyabrın 13-ü Dövlət Turizm Agentliyi turizm sənayesi nümayəndələri üçün Ağdam rayonuna səfər təşkil edib. Bu barədə Turizm Agentliyi öz facebook səhifəsində paylaşım edib.

Səfərə Azərbaycanın turizm sektorunun işçiləri, bələdçilər və turizm blogerləri qatılıblar. Onlar Ağdam Cümə məscidi və Qiyaslı kəndindəki məscidi ziyarət ediblər. Qonaqlar, həmçinin Ağdamın İmarət kompleksinə, Şahbulaq qalasına, Çörək muzeyinə və Dram teatrının qalıqlarına baxış keçiriblər.

Səfər iştirakçıları Ağdam rayonunun bərpa işləri ilə tanış olublar.

2021-ci ilin avqust ayında Prezident İlham Əliyev “Yolumuz Ağdama” adlı səfərin təşkilinə göstəriş verib. Səfər çərçivəsində ziyarətçilər Ağdam rayonunun minalardan təmizlənmiş ərazilərinə yollana biləcəklər.