Noyabrın 12-si Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İndoneziya Dövlət İslam Universitetinin elmi əməkdaşı Moch Riza Fəhminlə görüş keçirilib. Bu barədə QMİ xəbər verib.

Xarici qonağı QMİ-nin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə müavini Qəmərxanım Cavadlı qarşılayıb. Sədr müavininin sözlərinə görə, Azərbaycanda dini tolerantlığın nümunəvi modeli formalaşıb. Qəmərxanım Cavadlı ölkədə dinlər və məzhəblər arasında heç vaxt qarşıdurma olmadığını qeyd edib.

Moch Riza Fəhmin Azərbaycanda olan dini tolerantlığı dəyərləndirib. O öz elmi işlərində ölkədəki dinlərarası münasibətlər barədə qeyd edəcəyini bildirib.