Məscid Bakının Hökməli qəsəbəsində, İmadəddin Nəsimi küçəsi 6-da yerləşir.

İbadətgah sal daşlardan tikilib. Məscidin giriş qapısının üstündə daş kitabə var. Kitbədə “Kəlmeyi-şəhadət” yazılıb. İbadət evinin bir minarəsi və bir günbəzi var. Minarə 1997-ci ildə mişar daşlarından inşa edilib və onun hündürlüyü 15 metr təşkil edir. Minarənin üstündə səkkizguşəli ulduz və aypara rəmzi quraşdırılıb. Günbəzdə üç gözlük yerləşir. İbadət zalında hündürlüyü 3 metr olan mehrab var. Mehrabın üzərində ərəbcə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” adları həkk edilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2020.