Məscid Cəlilabad rayonunun Hamarqışlaq kəndinin ərazisində yerləşir. İbadət evi 1985-ci ildə kənd sakinləri tərəfindən inşa edilib.

İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin damı şifer ilə örtülüb, tavanı taxtadan, döşəməsi isə kərpicdəndir. İbadət evinin bir əsas giriş qapısı var. Məscidin ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar və kişilər şöbəsindən kərpicdən hörülmüş arakəsmə ilə ayrılıb. Məscidin damında düzbucaq günbəz yerləşir.

1996-cı ildə ibadətgahda təmir işləri aparılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.