Məscid Astara rayonunun Toradi kəndi ərazisində yerləşir. İbadət evi 1907-ci ildə yerli sakinlər tərəfindən tikilib.

Məscidin tutumu 30 nəfər təşkil edir. İbadətgah qırmızı kərpicdən inşa edilib, dam örtüyü isə kirəmitdəndir. Məscidin tavanı beş sütun üzərində dayanır. İbadət evi iki hissədən ibadətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar hissəsində şəbistan var və oraya giriş sol tərəfdəndir. Məscidin minbər və mehrabı var. İbadətgahın ön hissəsində taxtadan iki qapı və beş pəncərə, sağ tərəfində isə bir qapı və iki pəncərə yerləşir. Qapı və pəncərələr tağlıdır, pəncərələr şəbəkəlidir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.