Məscid Masallı rayonunun Lürən kəndində yerləşir. İbadət evi 1992-ci ildə yerli sakinlər tərəfindən inşa edilib.

Məscid qırmızı və ağ kərpicdən tikilib. İbadətgahın tavanı taxtadandır. İbadət evinin altı pəncərəsi və iki giriş qapısı var. Məscidin güldəstə formasında günbəzi mövcuddur və onun üstundə dəmirdən aypara rəmzi qoyulub.

Əvvəllər kənddə köhnə məscid var idi. Bu ibadət evinin inşa tarixi XIX əsrə təsadüf edir. Lakin məscid yararsız hala düşdüyündən kənd sakinləri tərəfindən sökülüb və əvəzində yeni məscid tikilib.

Lürən kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.