Məscid Cəlilabad rayonunun Badamağac kəndi ərazisində yerləşir.
İbadətgah mişar daşlarından, ağ və qırmızı kərpiclərdən tikilib. İbadət evinin tavanı ağacdandır. Məscidin ön tərəfində taxtadan beş pəncərə və bir dəmir qapı var. İbadətgahın dam örtüyü şiferdəndir və üzərində azan vermək üçün kvadrat günbəz var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.