Məkkə və Mədinə şəhərlərində xaricilərə daşınmaz əmlak almağa icazə verilib. Bunu Səudiyyə Ərəbistanının Kapital Bazar Təşkilatı açıqlayıb.

Açıqlamada bildirilir ki, ölkədəki xaricilər öz kapitallarını sözügedən şəhərlərin daşınmaz əmlak fonduna yönəldə bilərlər. Bununla Səudiyyə Ərəbistanı neftdən iqtisadi asılılığını azaltmaq istəyir.