10 oktyabr tarixində edam edilən Şeyx Nimrin qardaşı oğlu Məhəmməd Taysir sərbəst buraxılıb. Bu barədə shianews xəbər verib.

Oktyabrın 31-i isə Məhəmməd Taysirin əmisi oğlu Əli ən-Nimr azadlığa buraxılıb.

2011-ci ildə Səudiyyə Ərəbistanı ölkə daxilində və xaricdə “Ərəb Baharına meyl göstərənlərə dəmir yumruqla zərbə” adlı qanun qəbul edib. Yeni qanuna əsasən, Ayətullah Baqir Nimr də mühakimə olunub və 2012-ci ildə onun barəsində edam hökmü verilib. 2016-cı ildə isə qərarın gözləmə müddəti bitib və alim edam edilib.

Qeyd edək ki, bu hadisələrdən sonra İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər dayandırılıb.