Quba rayonunun Xanəgah kənd məscidi yararsız vəziyyətə salınıb. Tarixi abidənin damı və divarları dağılıb.
Azinforum.az saytının verdiyi məlumata əsasən, abidənin qorunub saxlanılması üçün yerli əhali vaxtaşırı əlindən gələni edir. Ancaq zamanla yağış və külək abidəni dağıdır. “Mədəniyyət Nazirliyinə müraciət edilib. Əvvəl məscidin təmir ediləcəyi deyilirdi, amma bu olmadı”, – deyə kənd sakinlərindən biri bildirib.
Kənd sakinlərinin sözlərinə görə, əvvəllər burada minbər, çoxlu kitablar və sənədlər olub. Lakin zaman keçdikcə onları kimlərsə aparıb.
İbadət evi XIX əsrdə inşa edilib. Sovet dövründə məscid un anbarı kimi istifadə edilib. Hazırda ibadətgah yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir. Buna baxmayaraq, məscid hələ də təmir olunmayıb.
Fotolar: Fuad Babayev