Məscid Masallı rayonunun Banbaşı kəndi ərazisində yerləşir. İbadətgah 1918-ci ildə yerli əhali tərəfindən tikilib.
Məscidin tutumu 100 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadətgahın ön tərəfində üç pəncərə və bir cüt qapı var, yan tərəfində isə bir cüt pəncərə yerləşir. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün orada beş dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damında azan səsləndirmək üçün kvadrat formada günbəz mövcuddur.
Masallı rayonunu Banbaşı kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
- http://www.mct.gov.az