40 yaşlı Həsən Ziyad Maldiv adalarında yerləşən İbrahim məscidində Quranın üstünə tüpürdüyünə görə saxlanılıb.
Məhkəmədə saxlanılan şəxs İslam icması üçün təhlükə olduğuna görə onun həbsi barədə qərar çıxarılıb.
Həsən Ziyad daha öncə də məscidləri təhqir etdiyinə görə iki dəfə həbs edilib və sərbəst buraxılıb.
Qeyd edək ki, ölkədə yaşayan 540 min əhalinin 98%-i müsəlmandır.