Avstriyanın paytaxtı Vyanada keçirilən “Buch Wien” adlı Beynəlxalq Kitab Sərgisinə şiə elmi ensiklopediyası çıxarılıb. Bu barədə noyabrın 10-u shia-news xəbər verib.
Tədbir 10-14 noyabr tarixlərində keçiriləcək. Sərgiyə çıxarılan şiə ensiklopediyası “iLogos” nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın müəllifi Höccətül-İslam vəl-muslimin Həmid Kasiridir.
Əsər 50 cilddən ibarətdir və onun ingilis dilində olan 14 cildi sərgiyə çıxarılıb. Kitabın ötən il Alman dilinə də tərcümə edildiyi bildirilib.
“Buch Wien” sərgisi 2008-ci ildən bəri hər il Vyana şəhərində keçirilir. Tədbir Avstriyada “əsas ədəbi hadisə” statusuna malikdir. Vyana Kitab Sərgisinin əsas məqsədi nəşriyyatlar və onların oxucuları arasında əlaqəni gücləndirməkdir.