Almaniyada İslam tarixi haqqında kitab çap olunub. Kitabın müəllifi Samir Muraddır. Bu barədə noyabrın 10-u İQNA xəbər verib.

Alman dilində olan kitab 657 səhifədən ibarətdir. Kitabın hazırlanmasında Peyğəmbərlərin hekayələrindən (ə.s), ərəb mənbələrindən və müxtəlif ölkələrin müsəlmanlarının tarixiçəsindən istifadə edilib. Əsərin artıq Almaniyada satışa buraxıldığı bildirilib. Kitabın elektron versiyasını isə internet mağazalarda əldə etmək olar.